Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şəhər | |
Murmansk | |
---|---|
Мурманск | |
68°58′ şm. e. 33°05′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 4 oktyabr 1916 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 50 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 8152 |
Poçt indeksi | 183000 |
Nəqliyyat kodu | 51 |
Digər | |
citymurmansk.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Murmansk (rus. Мурман ланнҍ) və ya (rus. Мурманск) — Rusiya Federasiyasının şimali-şərqində yerləşən şəhər, Murmansk vilayətinin inzibati mərkəzidir. 1916–1917-ci illərdə Romanov-na-Murmane adlanıb.
Murmansk dünyada Şimal Qütb dairəsindən şimalda yerləşən ən böyük şəhərdir. Murmansk Barentsev dənizinin Kola körfəzinin şərq qayalıq sahilində yerləşir. Rusiyanın ən böyük limanlarından biridir. İsti Şimal-Atlantik axını (Qolfsrimin şimal-şərq davamı) hesabına Murmanskın qışda buz bağlamayan limanı Rusiyanın başqa şimal və şimal-qərb limanları arasında əhəmiyyətli dərəcədə seçilir.
II Dünya Müharibəsi zamanı Lend-Liz xətti ilə SSRİ-yə göndərilən yardımın (hərbi-sursat, qida, paltar, tibbi avadanlıq və dərman, texnika və avadanlıq, strateji xammal, neft məhsulları və s.) yariya qədərini məhz Murmansk limanı qəbul etmişdir. Bundan əlavə, Arktik Konvoy vasitəsilə Murmansk limanına Böyük Britaniya, Kanada, Norveç yardım göndərmişlər. Bu konvoyların hərəkəti Britaniya və alman donammalarının gərgin döyüşləri ilə müşahidə edilmişdir. Müharibə illərində yardımların qəbulunun təşkilinə və Almaniya ordusundan müdafiəsinə görə 6 may 1985-ci ildə Murmanska Qəhrəman-şəhər adı verilmişdir.
1 yanvar 2021-ci ildən Bələdiyyə quruluşu səviyyəsində qəhrəman-şəhər Murmansk şəhər dairəsi adını almışdır.